23 Dekabr 2021 14:22
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yaratmış olduğu yeni bir reallıq fonunda Avropanın Cənubi Qafqazda iştirakı amilinin məhz ölkəmizlə əməkdaşlıq müstəvisində olacağına dair qəti mövqelər var. Çünki bu bölgədə sülhə və təhlükəsizliyə önəm verən və bu istiqamətdə dövlət mövqeyini ortaya qoyan Azərbaycandır. II Qarabağ müharibəsindən sonra bu regionda sabitliyə doğru atılan bütün addımlar Azərbaycanın təşəbbüslərdir. Sözsüz ki, beynəlxalq təşkilatlar bu təşəbbüsləri görür və lazımi səviyyədə qiymətləndirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Avropa İttifaqı və digər qurumlar müəyyən səbəblər üzündən Azərbaycana qarşı bir sıra hallarda yanlış mövqedən çıxş edib:

“Amma Azərbaycan heç vaxt özünün doğru bildiyi mövqedən geri çəkilməyib. Çünki ölkəmizin məqsədi bölgədə mehriban qonşuluq platformasında yaşayışın mümkünlüyüdür. Brüsseldə keçirilən görüşlərdə də Azərbaycanın sərgilədiyi mövqe əməkdaşlığa, sülhə və qarşılıqlı anlaşmaya əsaslanıb. Azərbaycan artıq müharibə səhifəsini çevirib. Ona görə də artıq sülh üçün ciddi əsaslar yaranıb. Bu mənada bölgədə yaranacaq əməkdaşlıq, kommunikasiyaların açılmasını, mümkün nəqliyyat dəhlizlərinin istifadəsini zəruri edib. Bu amillər Avropa üçün də əhəmiyyətlidir”.

Millət vəkili hesab edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olmaqla, özünün etibarlı bir tərəfdaş olduğunu da ortaya qoyub:

“Artıq Avropa təsisatları da Azərbaycanın dayanıqlı və birmənalı mövqeyinə açıq dəstək nümayiş etdirir. Həm regional, həm də qlobal miqyasda Azərbaycanın sərgilədiyi mövqe, COVID-19 bəlasına qarşı ümumi səylərin birləşdirilməsi ilə bağlı ölkəmizin təşəbbüslərə Avropa təsisatları tərəfindən də böyük dəstəklə qarşılanıb. Bütün bunlar onu göstərir ki, artıq dünyanın aparıcı təşkilatları, o cümlədən Avropa təsisatları Azərbaycanın yaratmış olduğu yeni reallığa müsbət mövqe sərgiləyir. Bu ölkəmizin beynəlxalq diplomatiya və siyasi müstəvidə qazanmış olduğu bir imicdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər