"Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən edilməsi vacib məsələdir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib.
“Azərbaycanın qələbəsi sayəsində yeni reallıqlar yarandı. Soçi görüşü də daxil olmaqla, bir neçə dəfə sərhədlərin delimitasiyası üzrə işlərə başlamaqla bağlı təkliflər olsa da, hələlik heç bir addım atılmayıb”, - o qeyd edib.
XİN başçısı deyib ki, Azərbaycan əvvəlki kimi Ermənistan tərəfini bu məsələ ilə bağlı işçi qrup yaratmağa, sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərə başlamağa çağırır.