30 Dekabr 2021 11:15
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciət hazırlamaq üçün redaksiya heyəti yaradıb.

Teleqraf.com xəbər verir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların və soydaşlarımıza müraciəti hazırlamaq üçün yaradılan redaksiya heyətinə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli başçılıq edəcək.

Redaksiya heyətində Könül Nurullayeva, Elşən Həsənov, Afət Həsənova, Ceyhum Məmmədov və digər deputatlar daxil edilib.

Gündəlikdə olan qanun layihələrinin müzakirəsindən sonra Milli Məclis adından müraciət oxunacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər