“NATO və ABŞ faktiki olaraq Rusiyanın təhlükəsizliklə bağlı tələblərini qəbul etmədi. Bunu Prezident Putinin dünən verdiyi açıqlama da ortaya qoyur. Deməli, gərginlik davam edəcək. Səngimə olmayacaq və gözlənilmir. Bu o deməkdir ki, nə ABŞ, nə də Rusiya geri çəkiləcək”.
Bunu Teleqraf.com-a politoloq Rüstəm Məmmədov deyib.
O qeyd edib ki, ABŞ Ukraynaya daxil olacağı təqdirdə Prezident Putinin ən yaxın ətrafına sanksiya tətbiq edəcəyini açıqlayıb:
"Əlbəttə, bunlar baş verə bilər. Amma mən inanmıram ki, sanksiyalar Rusiyanı pis günə qoya bilər. Əvvəla Rusiya rəhbərliyi bu sanksiyaların hansı nəticələr verə biləcəyini araşdıracaq, bunu müəyyən edəcək. Bundan sonra da addımlar atılacaq. Hər halda mən inanmıram ki, belə sanksiyalar Rusiyanı yolundan və niyyətindən daşındıra bilər”.
Rüstəm Məmmədov xatırladıb ki, Rusiya tarixin bütün dövrlərində pis gündə yaşayıb: “Ruslar nə zaman yaxşı yaşayıb. XX əsrdən bu yana ruslar nə zaman əla yaşayıb? Bunu kim deyə bilər? Ruslar aşağı həyat səviyyəsində yaşamağa öyrəşiblər. Odur ki, ABŞ rəhbərliyi “kovboy” kimi hərəkət etməklə deyil. Ruslar onsuz da ən çətin şərtlər altında yaşayırlar”.
“Məncə, ABŞ Ukrayna qarşısında özü üçün xal yığır. Yəni biz ukraynalılar üçün bunu edirik. Rusiya nə edəcək? Heç nə. Rusiya da deyir ki, Ukraynada ruslar çoxdur və Rusiyanın tabeliyində olmalıdır. Məntiqləri budur. Ukrayna parçalanarsa, bu halda fəlakət olacaq. Məncə, belə niyyət var. Buna nail olunacaqmı? Mən buna inanmıram”.