10 Fevral 2022 21:58
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, hazırda Azərbaycanın bölgədə həyata keçirdiyi strategiyanı necə dəyərləndirmək olar:

- Son vaxtlar cərəyan edən proseslər Azərbaycanın strategiyasının uğurlu nəticələrinə dəlalət edir. Hazırda Azərbaycanın həyata keçirdiyi strategiyanı Ermənistanı sülhə məcburetmə strategiyası adlandırmaq olar. Bu da dünyada geniş yayılmış bir strategiyadır. Ona görə də biz hazırda Ermənistanı sülhə məcbur etməkdəyik. Çünki Ermənistan 2020-ci ilin 10 noyabr birgə Bəyanatından sonra da davamlı olaraq hərbi, siyasi təxribat törədirdi. Ermənistan cəmiyyətində revanşizm açıq hiss olunmaqda idi. Hər vasitə ilə sanki münaqişənin hələ də davam etməsi təəsüratına çalışılırdı. Məqsəd də ondan ibarət idi ki, yenidən artıq olmayan münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupu formatına qaytarılsın. Belə olan halda Fransa və ABŞ Cənubi Qafqaz regionunda yenidən öz mövcudluqlarını təmin etmiş olacaqlar. Bu istiqamətdə bir ildən artıq cəhdlər edildi. Lakin heç bir nəticə hasil olmadı. Azərbaycan öz güc mövqeyində inamla dayandı. Ölkəmiz bu güc mövqeyini də davamlı olaraq gücləndirir. Ötən ilin dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdə də məhz ondan öncə imzalanmış sənədlərə istinad edildi. Bunlar isə 2020-ci ilin 10 noyabr birgə Bəyanatı 2021-ci ilin 11 yanvar Moskvada imzalanmış sənədi və 2021-ci ilin 26-ı noyabrında imzalanmış Soçi sənədləri idi. Bütün bunların hamısı Azərbaycanın maraqlarına uyğun hazırlanmış sənədlər idi.

- Brüsselin, Fransanın birdən-birə “sülhsevərliyi” nə ilə bağlıdır?

- Brüssel görüşündən sonra Paşinyan daha çox sülhdən danışmağa başladı. Çünki o gördü ki, bütövlükdə dünyanın əsas siyasi mərkəzlərində olan mövqe Ermənistanın xeyrinə deyil. Bütün bunlar Azərbaycanın taktikasının, strateji gedişlərinin nəticəsi idi. Təbii ki, bu, ölkəmizin uğurudur. Fransa prezidenti Emmanuel Makronun artıq sülhdən danışması aşkar şəkildə əvvəlki mövqelərinə tam ziddi idi. Azərbaycanın strategiyası, diplomatiyası qələbə qazanmaqdadır. Bu, Brüsselin, Fransanın sülhsevərliyindən irəli gələn mövqe deyil. Bu, Azərbaycanın qarşısından geri çəkilmək deməkdir. Azərbaycanın sülhə məcburetmə taktikasının işlədiyinin göstəricisidir. Ona görə də Makron proseslərin təsiri altında məhz fərqli mövq sərgiləməkdədir. Makronun təşəbbüsü ilə hərəkətdə olan qatarda özlərinə yer qazanmaq istəyi ilə bağlıdır. O və Ş.Mişel çox yaxşı dərk edir ki, sülh qaçılmazdır. Ermənistanı saxta mexanizmlər tətbiq eməklə hansısa bir formada reanimasiya etmək mümkün olmayacaq. Çünki o təcavüzkar və işğalçı ölkədir. Ermənistanın dövlət olaraq mahiyyəti bundan ibarətdir. Ona görə də onlar Azərbaycanın haqlı mövqeyinə uyğun yanaşmalar sərgiləmək məcburiyyətindədir.

- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması gedişatı necə dəyişəcək?

- Artıq Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin edib. Aviareyslər bərpa edilib. İlk uçuşlar baş tutub. Bütün bunlar Cənubi Qafqaz regionunda baş verən proseslərə Avropanın təsir imkanlarını minimuma endirməkdədir. Belə olan halda onlar özlərinin siyasi simasını qorumaq naminə, həm də Cənubi Qafqazda cərəyan edən proseslərdə müəyyən səviyyədə də olsa yer almaq üçün bu cür təşəbbüslərlə çıxış edir. Məqsəd əldə olunacaq yekun sülh sazişində özlərinin də müəyyən bir rolunun tarixdə qalması istəyidir. Makronun canfəşanlığının arxasında dayanan başlıca məqsəd bundan ibarətdir. Təbii ki, Ş.Mişel də Avropa İttifaqının aparıcı ölkəsi olan Fransanın mövqeyinə uyğun davranmaqdadır.

- Azərbaycanın bu yeni yanaşmalara münasibəti nədən ibarətdir?

- Bu müzakirələrdə Azərbaycan Prezidenti tərəfindən I Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın soydaşımız haqqında mövqe bildirməsidir. Bu soydaşlarımızın talehinə aydınlıq gətirilməlidir. Kütləvi məzarlıqların müəyyənləməsi məsələsi də bir daha diqqətə çatdırıldı. Bu da onu göstərir ki, Ermənistanın cinayətləri təkcə II Qarabağ müharibəsi dövründə müşahidə olunmayıb. Ölkə Prezidenti II Qarabağ müharibəsi dövründə Ermənistanın cinayətlərini xatırlatmaqla yanaşı onun dövlət olaraq daha böyük cinayətkar olduğunu önə çəkdi. Bununla Ermənistanın əsasız iddiaları da önlənmiş oldu. Dövlət başçısı Makrona və Ş.Mişelə nümayiş etdirdi ki, Ermənistanın hələ cavab verməli olduğu məsələlər çoxdur. 4 minə yaxın itkin düşmüş soydaşlarımızın talehindən heç bir məlumatın olmaması böyük cinayətdir. Buna aydınlıq gətirilməlidir. Avropa insan hüquqları konsepsiyasından davamlı olaraq çıxış edib dünya ölkələrinə yol göstərməyə çalışırlarsa, o zaman 4 minə yaxın soydaşımızın talehinə və hüquqlarına da aydınlıq gətirilsin.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər