Müstəqil Dövlətlər Birliyi ölkələri Birliyin KTMT-də müşahidəçi statusunun alınması məsələsini nəzərdən keçirir.
Teleqraf.com xəbər verir ki, bunu Minskdə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov bildirib.
“Daimi Nümayəndələr Şurasının iclasında MDB-yə bir beynəlxalq təşkilat kimi KTMT-də müşahidəçi statusunun verilməsi məsələsinə də qapalı rejimdə baxılacaq. Şura üzvləri bu gün bu məsələyə baxaraq qərar qəbul edəcəklər”, – deyə Anfimov MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndələr şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
O, digər detalları açıqlamayıb.