16 Mart 2022 16:14
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) Baş prokuroru Kərim Xan hazırda Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski teleqram kanalında yaydığı növbəti videomüraciətində açıqlayıb.

Dövlət başçısı Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə Rusiya qoşunlarının hərbi cinayətləri ilə bağlı bütün sübut və faktları toplayan Beynəlxalq Cinayət Məhkəməsinin istintaq qrupunun Ukraynada fəaliyyətə başladığını bildirib:

“Rusiya işğalçıları ukraynalılara qarşı törədilən bütün hərbi cinayətlərə görə cavab verəcəklər. Onların ədalət qarşısında cavab verməsi üçün fəaliyyətimizi gücləndirəcəyik. Beynəlxalq tribunal olmalıdır və olacaq. Onlar məhkəmə qarşısında Ukraynada törətdikləri hər şeyə görə, insanlarımıza qarşı, dövlətimizin ərazisində Rusiya qüvvələrinin törətdiyi hər terror aktına görə cavab verəcəklər”.

Onun sözlərinə görə, Ukrayna prokurorluğu artıq müvafiq işə başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər