19 İyun 2022 09:06
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş qaçqın və məcburi köçkünlər həmişə öz yurd-yuvalarına qayıdacaqları günü gözləyiblər. Artıq həmin o gün gəlib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı erməni işğalından azad edib. 30 ilə yaxın erməni tapdağında qalmış tarixi torpaqlarımızda müasir innovasiyaların tətbiqi ilə quruculuq işləri icra edilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi də ölkəmizdə ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə böyük uğurla tətbiq edilib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Zəngilan rayonunun Ağalı kəndində tətbiq edilən “ağıllı kənd” layihəsinin artıq ilkin mərhələsi hazırdır: “Ağalıda “ağıllı kənd” layihəsi ilə müasir evlər tikilib. Həmin kəndin sakinlərinin o evlərdə yaşaması üçün bölgü aparılıb. İlkin olaraq 41 ailənin ora köçürülməsi nəzərdə tutulur. Bu isə artıq Böyük Qayıdışın başlanğıcı hesab edilir”.

Millət vəkili hesab edir ki, Zəngilan rayonu Ağalı kəndində insanların qayıdışı, orada bütün zəruri imkanlarla təmin edilmiş evlərdə yaşaması dövlətimizin diqqətinin bariz nümunəsidir: “Böyük Qayıdış sözsüz ki, insanların azad edilmiş ərazilərdə məskunlaşması ilə kifayətlənmir. Məskunlaşma ilə yanaşı burada məktəblər, bağçalar, xəstəxanalar tikilir, insanların məşğulluğunu təmin etmək üçün də mühüm addımlar atılır. “Ağıllı kənd” kənd layihələrində əsas hədəf və məqsəd o olub ki, ora qayıdan insanlar işlə təmin olunsun. Bu prinsip artıq nəzər alınıb. Bütün bunlar isə öz ata-baba yurduna qayıdan insanların məşğulluğuna, sosial təminatına yönələn addımlardır”.


Müəllif: Tapdıq Qurbanlı