28 İyul 17:10
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Sammitinin bağlanış sessiyasındakı çıxışında deyib.

"Koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində COVID-19-la mübarizənin mərkəzində olmasını təmin edə bilib. Azərbaycan Bandunq prinsiplərinə sadiq qalır", - o, əlavə edib.

O qeyd edib ki, iştirakçılar arasında bütün mədəni fərqlərə baxmayaraq, 60 il ərzində Qoşulmama Hərəkatı çox şeyə nail ola bilib.

C.Bayramov bildirib ki, Qoşulmama Hərəkatının Gənclər Sammiti müxtəlif səbəblərə görə tarixi hadisədir. Belə ki, nazir gənclərin inkişafının vacibliyini vurğulayıb və əlavə edib ki, Azərbaycanda onların inkişafına xüsusi diqqət yetirilir:

"Gələcəyin qurulması qlobal sülh və təhlükəsizliyin əhəmiyyətini bilmək xüsusilə vacibdir".

O, həmçinin bu sammitin çox məhsuldar keçdiyinə və bunun iştirakçıların sabah Şuşada qəbul edəcəyi yekun sənəddə öz əksini tapacağına əminliyini ifadə edib.


Müəllif: Teleqraf.com