19 Avqust 2022 20:12
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Toivo Klaar tviterdə qeyd edib.

"Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu", - paylaşımda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər