31 Avqust 2022 09:23
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna artıq əks-hücuma başlayıb. Bəli, bu, böyükmiqyaslı proses deyil, amma ilkin addımdır. Əsas diqqət Xersona cəmləşib. Orada Rusiyanın azı 25 minlik ordusu var və bu, az qüvvə deyil. İndi hər şey Ukraynanın hansı taktikadan istifadə edəcəyindən daha çox asılıdır. Əgər bir tərəfdən zərbə endirəcəksə, məncə, bunun nəticəsi olmayacaq. Ən azından Xerson ətrafında olan rus ordusuna bir neçə istiqamətdənmzərbə endirilməlidir ki, onlar çayın digər hissəsinə keçsinlər”.

Bunu Teleqraf.com-a politoloq Əli Abbasov deyib.

Mütəxəssis bildirib ki, böyük ehtimalla Ukrayna hərbi rəhbərliyi real vəziyyəti bilir: “Mümkündür ki, yaxın günlərdə hansısa dəyişikliklər olsun. Hələlik ukraynalılar tədricən hərəkətə başlayır. Əslində buna əks-hücumdan daha çox kəşfiyyat yoxlaması demək mümklündür. Hər tərəfdən vururlar və zəif nöqtəni müəyyən etməyə çalışırlar. Amma bu, hələ uğur deyil”.

Əli Abbasov qeyd edib ki, Ukrayna ordusunun əks-hücumuna dair məlumatlar ya şişirdilib, ya da ümumiyyətlə real vəziyyəti əks etdirmir: “Mən sosial şəbəkənin Ukrayna seqmentinə baxıram, konkret söz demirlər, daha çox gözləyirlər. Odur ki, böyük savaş hələ qarşıdadır. İndi gizli proses gedir, nə baş verdiyini bilənlər də danışmır. Odur ki, bir həftə və ya on gün gözləmək lazımdır. Vəziyyət tədricən aydınlaşacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər