9 Sentyabr 2022 08:29
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib.

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq.

Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”,-deyə Klaar vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər