23 Sentyabr 2022 21:54
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin 23 sentyabr tarixində ölkənin ictimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alır. Nazirlik ABŞ-ın Ermənistandakı səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağır.

"Bu qəbildən olan yanaşma regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meylli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur. Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər