“Rusiyada baş verənlər gözlənilən idi. Rusiyanı ambissiyaları ilə hərbi gücü düz mütənasib deyil. Rusiya elə bildi ki, Ukraynadada Gürcüstandakı kimi proseslər cərəyan edəcək. Ciddi yanlışlıqlara yol verdi. ABŞ Rusiyanı Avropa İttifaqının əli və Ukraynanın vasitəsilə hərbi, siyasi və iqtisadi tələyə saldı. Rusiya bunun altından qalxa biləcəkmi? İndi bu suala müsbət cavab vermək üçün əsas yoxdur. Əslində ABŞ özünün dünyada mütləq hegomonluğunu təmin etmək məqsədilə Avropa İttifaqını da, Ukraynanı qurban seçdi. Artıq Rusiya da qurbandır. Məncə, müəyyən dövürdə sərt qanunlarla ola bilsin ki, Rusiyada nələrinsə qarşısını almaq mümkün olacaq, amma hərbi səfərbərlikdən sonra narazılıq var”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
Rusiynın ciddi geopolitik tələyə salındığını qeyd edən Cümşüd Nuriyev əlavə edir ki, heç Vanqa və ya Nasdradamus da, bunun sonunun necə başa çatacağının proqnozunu verə bilməzdi. Bununla belə, Rusiyanın kiçik çaplı nüvə silahının tətbiqini də real saymıram. Prezident Putinin dediklərindən belə çıxır ki, əsasən kiçik çaplı nüvə bombalarından istifadə edə bilərlər. Məncə, bu, Rusiyanın sonunu gətirər. Maksimum birini atdıqdan sonra cəmi 12 dəqiqə yaşaya bilərlər. ABŞ dünyanın ən uzaq yerindən nüvə raketi buraxsa maksimum 11-12 dəqiqəyə Moskvaya çatar. Bu baxımdan situasiya gərgin və ciddidir.
İkincisi, Ukraynada 17 milyondan çox rus yaşayır. Rusiya nüvə silahından istifadə edəcəksə, deməli bundan ruslar da ziyan çəkəcək.
Bu baxımdan belə bir addıma getmək Rusiya hakimiyyətinin sonunu gətirər. Əlbəttə, indi rus hakimiyyəti gərgindir. Rusiyanı uçurumdan çıxarmaq üçün böyük möcüzə lazımdır. ABŞ-ın Rusiyaya belə bir şans verəcəyi isə inandırıcı deyil”.