10 Oktyabr 2022 19:34
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Əli Əsədov oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Moldova münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulanıb.

Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər