20 Oktyabr 2022 18:05
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Praqa razılaşmasına əsasən regiona gələcək və Ermənistanda yerləşəcək mülki missiya qrupundan heç nə gözləmirəm. Onlar əsasən sərhəd məsələləri ilə məşğul olacaqlar. Böyük ehtimalla cürbəcür fikirlər deyə bilərlər. Ancaq bunun heç bir xeyri yoxdur”.

Bunu Teleqraf.com-a Azərbaycan parlamentinin deputatı Rasim Musabəyov deyib.

O əlavə edib ki, Azərbaycan əldə etdiyi mövqelərdə möhkəmlənəcək:

“Ermənistan tərəfindən ərazilərin minalanması, təxribatların edilməsi, bizdən geri çəkilməyimizi tələb etmələri alınası iş deyil. Ermənistan Qazax rayonunun yeddi kəndini, eləcə də Naxçıvanın Sədərək rayonunun Kərki kəndini əlində saxlayır. Onlar nə vaxt bu ərazilərimizdən əl çəkib, kəndlərimizi boşaltmayacaqlarsa, müşahidəçi olmasın, kim olursa-olsun düşünmürəm ki, Azərbaycan nələrisə nəzərə alacaq”.

Musabəyov ATƏT-in də regiona müşahidə missiyası göndərməsindən heç nə gözləmədiyini vurğulayıb:

“Burada vacib bir məqam var. Ermənistan tərəfindən kimi istəyirlərsə çağıra bilərlər. Bu, onların öz işləridir. Azərbaycan onlarla danışmaq niyyətində deyil”.


Müəllif: Nemət

Oxşar xəbərlər