Rusiya qüvvələri Xarkov vilayətinin sərhədyanı Volçansk şəhərini davamlı olaraq atəşə tutur, lakin Rusiya Federasiyasının hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin işğaldan azad edilməsindən sonra şəhərə hücumu bərpa etməyə cəhd etməyiblər.
Teleqraf.com xəbər verir ki, Volçanski azad edən hərbi hissənin komandiri Vladislav Kosenkonun verdiyi məlumata görə, hazırda Ukrayna hərbçiləri rusların sərhəddə cəmləşməsini müşahidə etmirlər:
"Əvvəlcə toplaşma nəzərə çarpırdı, lakin sonra sərhəddən geri çəkildilər, indi sərhəddə deyillər".
Hərbçilərin sözlərinə görə, Ukrayna ordusunun müdafiəsi güclüdür:
"Sentyabrda zərbələrin sayı çox idi, indi azalıb. Düşmənə cavab veririk. İşğalçılar əsasən minaatanlarla işləyirlər. Fevralın 24-dəki kimi irəliləmək imkanları yoxdur, əgər buna cəhd etsələr, bu, onlar üçün cəhənnəm olacaq”.