24 Oktyabr 2022 08:59
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.

Diplomatik mənbədən verilən məlumata görə, Vladimir Putinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün təşkilinə hazırlıq gedir.

Danışıqların oktyabrın sonunda keçiriləcəyi qeyd olunur.

“Çox güman ki, danışıqlar Soçidə keçiriləcək”, - deyə “Vedomosti” nəşri yazıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Soçidə Valday Diskussiya Klubunun plenar iclasında iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər