11 Noyabr 2022 15:22
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyanın indiki halda əsas hədəfi daxili auditoriyadır. O göstərməyə çalışır ki, guya Qarabağ məsələsini gündəmdə saxlayır. Beləliklə, elə görüntü yaradılır ki, Ermənistan hökuməti oradakı ermənilər haqqında nəsə düşünür. Paşinyanın sərgiləməyə çalışdığı mövqe məhz buna hədəflənib.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun fikrincə, sonuncu danışıqlar, Soçi görüşü göstərdi ki, Ermənistan hökuməti hələ də cəsarətli addım atmağa hazır deyil: “Ermənistan tərəfi sülh bağlamaqla bağlı müəyən tərəddüdlər edir. Bu, daxili məsələlərlə bağlıdır. Sözsüz ki, kənardan da Ermənistana müəyyən təzyiqlər var. Rusiya açıq şəkildə sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Əslində isə “Amerika varinatı” adlanan bir fakt da mövcud deyil. Ortada sadəcə olaraq Azərbaycan təklif etdiyi prinsiplər və müzakirələr də məhz bu çərçivədə aparılır”.

Fərid Şəfiyevə görə, Azərbaycanla Ermənistan arasında danışıqlarda müəyyən bir irəliləyişin olmasını proqnozlaşdırmaq olar: “Sadəcə indiki halda vəziyyət regionda gərginləşir. Belə olan halda Paşinyan da göstərmək istəyir ki, o, ölkəsinin milli maraqlarını müdafiə edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər