17 Noyabr 2022 09:18
3 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qarabağda antiterror, cəzalandırma, çəkindirmə, təmizləmə kimi müxtəlif adlarla fəaliyyətlərini icra edə bilər - bunun adı nə olur-olsun. Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən erməni silahlılarının çıxarılmasının zamanı çoxdan çatıb. Çünki iki ildən artıq müddətdir ki, rus sülhməramlılarının öz vəzifələrini icra edəcəyini gözləyirik. Amma baş verən proseslər onu göstərir ki, onlar vəzifə borclarını tam həcmdə yerinə yetirmirlər.

Bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

O hesab edir ki, hazırkı vəziyyətdə sülhməramlıların erməni silahlılarını ərazimizdən çıxarmaq niyyəti yoxdur:

“Onlar sanki Qarabağda erməni silahlılarının qalmasına zəmanətçi rolunda çıxış edir. Laçın dəhlizindən silah daşınması, ərazilərdə səngərlərin qazılması, intensivləşən təxribatlar fonunda sülhməramlılar səssiz qalıb”.

Hərbi ekspertə görə, bu cür davranışa ən yaxşı cavab Azərbaycanın yeni Laçın yolunda giriş-çıxışa özünün nəzarəti ələ alması olacaq:

“Bununla sülhməramlılar Qarabağ daxilində atəşkəsə daha çox nəzarət etmiş olar. Laçın dəhlizinə həmçinin Türkiyə-Rusiya Monitorinq Mərkəzinin nəzarət etməsi də mümkündür. İki variantdan biri burada tətbiq edilməlidir. Çünki Volkovun sülhməralılara komandanlığı altında Qarabağa intensiv silah-sursat daşınır. Bunların qarşısı alınmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər