21 Noyabr 2022 15:21
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı qərarın verilməsi çox müsbət bir haldır. Çünki həmişə bizim yanımızda olan, Vətən Müharibəsində Azərbaycana birbaşa dəstək verən, müstəsna yanaşma ortaya qoyan bir ölkədə səfirliyimizin açılması çox mühüm tarixi bir hadisədir.

Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Deputat hesab edir ki, məhz bu addımların atılması ilə Azərbaycanın beynəlxalq aləmdə təmsilçiliyi və gücü yəhudi lobbisinin köməyi hesabına daha da möhkəmlənir: “Azərbaycanla İsrail arasında əlaqələr getdikcə güclənəcək. Sözsüz ki, səfirliyimizin açılması münasibətlərin bundan sonrakı inkişafında müstəsna rol oynayacaq”.

Səməd Seyidov hər iki dövlətin beynəlxalq münasibətlərdə bir-birinin mövqeyini dəstəklədiyini söyləyib: “Bundan sonra isə əlaqələrdə yeni bir mərhələnin başlanması, münasibətlərin daha geniş spektorda inkişafı mümkün olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər