25 Noyabr 2022 11:56
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir”.

Teleqraf.com xəbər verir ki, bunu Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Azərbaycana gedib: "Gürcüstan isə strateji müttəfiqimizdir".

Onun sözlərinə görə, Xəzər keçidli Şərq-Qərb dəhlizinin əhəmiyyəti hər ötən gün artır.

Nazir söyləyib ki, Azərbaycanın işğal altındakı torpaqlaırnı azad etməsi yeni fürsətlər yaradıb: “Sınaqların fərqindəyik. Vaxt itirmək niyyətimiz yoxdur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər