Polşa Almaniyadan İkinci Dünya müharibəsindəki cinayətlərə görə 1,3 trilyon dollar təzminat tələb edir.
Teleqraf.com xəbər verir ki, bu tələblə Polşanın hakim Hüquq və Ədalət Partiyasının rəhbəri Yaroslav Kaçinski çıxış edib.
Kaçinski bildirib ki, Almaniya müharibə zamanı törətdikləri cinayətlərə görə adekvat cəza almayıb.
Partiya rəhbəri bildirib ki, Almaniya polşalılara borcludur və bu borcu ödəməlidir.