7 Dekabr 2022 11:20
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kristo Kapodistria Yunanıstanın Azərbaycanda yeni səfiri təyin edilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov yeni səfirlə görüşüb.

“Bakıda fəaliyyət göstərəcək yunanıstanlı həmkarım Kristo Kapodistriaya Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafında uğurlar arzulayıram!”, - A.Hüseynov feysbuk səhifəsində yazıb.

Yunanıstanın yeni səfirinin yaxın vaxtlarda Bakıya gələcəyi gözlənilir.

K.Kapodistria Yunanıstanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsində Nikolas Piperiqosu əvəz edəcək.


Müəllif: Teleqraf.com