26 Yanvar 2023 16:55
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Erkin Qədirlinin seçki ilə bağlı fikirlərini pisləyirəm. Həmkarım belə bir mövqedən çıxış etməsinin təsadüfdən və ya başqa səbəbdən qaynaqlanmasına özü aydınlıq gətirməlidir. Azərbaycanda seçkilər tam demokratik və ədalətli şəkildə keçirilib.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

lZiyafət Əsgərov qeyd edib ki, ölkəmizdə bu günə qədər keçirilən bütün seçkilərin demokratik, şəffaf və açıq şəkildə baş tutduğunu Azərbaycanda seçki prosesini müşahidə edən beynəlxalq təşkilatlar da öz müşahidələrinin nəticələrində açıqlayıblar.

Komitə sədrinə görə, Azərbaycanda parlament seçkiləri həmişə ən yüksək səviyyədə həyata keçirilib: “Seçki şəffaf, dürüst, düzgün, Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunlara uyğun baş tutub”.


Müəllif: Tapdıq Qurbanlı