Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və kənd təsərrüfatı naziri İnam Kərimov İsraildə işgüzar səfərdədirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Torpaq İdarəsi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində dövlət torpaqlarının idarə olunması, həmçinin kənd təsərrüfatı sahələri üzrə danışıqlar aparılıb. Eyni zamanda, ölkələr arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.