Fransa rəsmi Bakı ilə Qarabağ ermənilərinin yaxınlaşmasına mane olmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Musa Qasımlı bildirib.
Musa Qasımlı deyib ki, Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri puça çıxacaq:
“Azərbaycan rəhbərliyi Fransa rəhbərliyini qarşısına qoyaraq ədalətdən ustad dərsi keçə bilər. Fransada Azərbaycanın daxili işlərinə yönəlik tədbirlər keçirmək mənasızdır”.