25 Aprel 2023 18:44
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP, Milli Şura ətrafında cəmləşmiş anti-milli qüvvələr hər zaman Azərbaycana qarşı açıq müstəvidə mübarizə aparıblar. Aprelin 23-də Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış postu qurması da anti-milli ünsürləri ciddi narahat edib. Əli Kərimli, Gültəkin Hacıbəyli, Nürəddin Məmmədli kimi şəxslər indiki halda ancaq kin-küdurət ifraz edirlər. Məhz bu xəstə zehniyyət sahibləri tərəfindən Qarabağı Ermənistanın anklavı kimi qələmə vermək düşmən yanaşmasından başqa bir şey deyil.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, bu cür ideyalar ancaq Əli Kərimlidən və onun komandasından gələ bilərdi:

“Sözsüz ki, kökündəın yanlış bir yanaşmadır. Ermənidən betər ermənilik etmək ancaq bunların işi ola bilər. Çünki Ermənistanın özü belə Qarabağı öz anklavı adlandırmır. Ermənistan sənədlərində belə qarabağın onlara aid olduğunu rəsmi şəkildə qeyd edilməyib”.

Partiya sədrinə görə, Qarabağ bütövdür və onun ərazisində erməni əsilli insanlar yaşayır:

“Tarix də sübut edib ki, ermənilər bu əraziyə çox sonralar köçürülüb. XIX əsrin 30-cu illərində ermənilərin bu əraziyə gəlməsi ilə bağlı tarixi faktlar var. Hətta vaxtilə ermənilər Ağdərədə özlərinin bu əraziyə gəlməsinin 150 illiyi ilə bağlı abidə də qoymuşdular. Ona görə də, anklavla bağlı səslənən fikirlər tamamilə absurddur”.

Fəzail Ağamalı hesab edir ki, N. Məmmədli kimi şəxslərin indiki halda belə bir ifadəni işlətməsi heç də təsadüfi deyil:

“Bu onlara Qərbdən, xüsusi xidmət orqanları tərəfindən ötürülmüş tezisdir. Onlar bu cür ifadələri işlətməklə əslində özlərinin savadsız, tarixdən anlayışlarının olmamasını, anti-milli, anti-Azərbaycan mövqeyində olduqlarını nümayiş etdirdilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər