15 May 2023 17:10
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Gəncə şəhərində səfərdə olub.

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, diplomat 44 günlük Vətən müharibəsi dönəmində raket atəşinə məruz qalan yaşayış massivini ziyarət edib.

Səfirə məlumat verilib ki, İkinci Qarabağ müharibəsi zamanı 26 dinc sakin həyatını itirib, ölənlər sırasında qadın və uşaqlar da var. Həmçinin 150 nəfər dinc sakin xəsarət alıb, infrastruktura ciddi ziyan dəyib.

Döyüş meydanından 100 kilometr uzaq bir şəhəri hədəfə almaqla Ermənistan bir daha öz çirkin xislətini ortaya qoymuş olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər