15 May 2023 22:38
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ölkədə keçirilən parlament və prezident seçkilərini şərh edib.

“Tariximizin ən yüksək iştiraklı seçkilərindən biri olan 14 may seçkiləri demokratiyamıza yaraşan bayram ab-havasında, sevimli xalqımızın uzaqgörənliyi və fərasətilə keçdi. Xalqımız Kandildən, Pensilvaniyadan, sosial media kanalları və xarici jurnalların üz qabıqları vasitəsilə tətbiq olunan siyasi mühəndisliyə baxmayaraq, azad iradəsini ifadə etdi. Nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi türk demokratiyası və 85 milyonluq Türkiyə xalqı oldu.

Millətimiz 27 milyondan çox səs, 49,51 səs faizilə bir daha bizə böyük rəğbət göstərərək, Türkiyə Böyük Millət Məclisində çoxluğu Cümhur İttifaqına verərək, bizə və İttifaqımıza güvəndiyini, inandığını və gələcəyi burada gördüyünü təsdiqlədi.

Mayın 14-də seçkiyə gedərək azad iradəsini ifadə edən bütün vətəndaşlarımıza və xaricdəki 56 milyon insanımızın hər birinə dəyərli səslərinə və demokratiyaya verdiyi töhfələrə görə təşəkkür edirəm.

Türkiyə dünən sərgilədiyi tədbirlə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi.

Ali Seçki Qurumunun açıqlamalarına görə, ən yaxın rəqibimizlə aramızda 2,5 milyon səs fərqi olmasına baxmayaraq, Prezident seçkiləri yarım faizdən da az fərqlə ikinci tura qaldı.

Millətin iradəsindən başqa heç bir güc tanımayan, millətin cızdığı səmtdən dönməmiş bir siyasətçi kimi, seçki qutusuna təzahür edən bu iradəyə hörmətlə yanaşırıq.

Mayın 28-nə kimi dayanmadan, dincəlmədən, sevgiylə millətimiz qarşısında məsuliyyətimizi yerinə yetirəcəyik. Mayın 14-də əldə etdiyimiz səs nisbətini artıraraq 28 may seçkisindən qalib çıxacağıq və inşallah tarixi uğur qazanacağıq.

Dayanmaq yox, yola davam deyərək, Türkiyə Əsri proqramımıza uyğun olaraq 28 may üçün işə başladıq.

Bildirmək istərdim ki, hansı siyasi partiyanı sevməsindən asılı olmayaraq, biz bütün vətəndaşlarımızın səsini almağa can atırıq”, - Ərdoğan qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər