16 May 2023 11:45
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Misirlə dərin dost əlaqələri olan dövlətlərdəndir. Xalqların tarixində hər zaman şərəfli şəxsiyyətlər olur. Allah həmin şəxsləri əmin-amanlıq üçün xalqın qarşısına çıxarır. Heydər Əliyev hakimiyyətinin dövründə ölkəsi üçün bir çox nailiyyətlər əldə edilib”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Misir Nümayəndələr Palatasının sədri Hanafi Gibali Milli Məclsinin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

Misirli nümayəndə bildirib ki, Heydər Əliyev həm də sülhün təminatçısı olub:

“Onun bütün sahələrdə qazandığı nailiyyətlər sonradan görülən işlər üçün nümunə olub. Onun apardığı uğurlu siyasət bu gün də layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir”.

“Misir dost ölkələrlə münasibətində öz köməyini heç vaxt əsirgəmir. İndiki prezidentin ilk səfərini Azərbaycana etməsi də diqqətdən kənarda qalmamalıdır. İki ölkə arasında turizm və mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq sürətlə inkişaf edir. Bu da təbii ki, iki xalqın rifahına xidmət edir”, - Hanafi Gibali əlavə edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər