23 May 2023 15:43
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müəyyən bir proses gedir. Bu məsələdə mövqeyimiz qətidir. Çünki ölkəmizin qəti tələbi odur ki, Ermənistan Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımalıdır.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi artıq Azərbaycanın ortaya qoymuş olduğu qəti mövqeni dərk edir: “Ona görə də, Ermənistan da qəbul edir ki, iki ölkə arasında sülhə nail olmaq başqa cür mümkün deyil”.

Fərid Şəfiyev bütün bunların fonunda Ermənistanın davranışlarının da diqqətdə saxlanılmalı olduğunu söyləyib:

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdğını bəyan etməsi də onların iddialarından əl çəkməsi anlamına gəlmir. Bu o demək deyil ki, Qarabağla bağlı Ermənistanın hansısa bir cəhdlər etməyəcək. Çünki Ermənistan indiki halda beynəlxalq məhkəmələrdə müəyyən addımlar atmaqla bunu təsdiq edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər