25 May 2023 00:24
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiya Respublikasının Belqrad şəhərinə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Əliabbas Salahzadə və digər rəsmi şəxslər daxildirlər.

Belqrad şəhərinin Nikola Tesla adına hava limanında nümayəndə heyətini Serbiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Serbiya Respublikasının Prezidenti, bu ölkənin Milli Assambleyasının spikeri və Baş naziri ilə görüşləri nəzərdə tutulur. Burada nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edəcək, 28 may - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər