5 İyul 2023 16:14
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlərinin görüşündə iştirak edən Prezident İlham Əliyev tərəfindən Fransanın sərgilədiyi mövqe və davranışlar ciddi şəkildə tənqid edildi. Fransanın tənqidi üçün seçilmiş platforma olduqca uğurlu idi. Çünki Qoşulmama Hərəkatı üzvlərinin bir çoxu hal-hazırda da Fransanın işğalçılıq siyasəti ilə üz-üzə qalıb. Onların bir çox vətəndaşları bu gün Fransadadır və bu ölkədə polis tərəfindən təqibə məruz qalır.

Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin "Emannuel Makron həmin xalqlardan üzr istəməlidir və bu cürəti özündə tapmalıdır" deməsi vacib və əhəmiyyətli istiqamətlərdən biridir:

“Görünən odur ki, Makron Azərbaycanla olan vəziyyəti o həddə çatdırıb ki, rəsmi Bakı hamının gözü önündə Fransa hakimiyyətini tənqid edir. Bu tənqid ona görə edilir ki, Fransa Afrikada və Asiyanın bəzi bölgələrində olduğu kimi Cənubi Qafqazda da xalqların sülh prosesinə mane olmaq istəyir. Fransa sülh prosesinə zərər vurmaqla yanaşı, ona aid olmayan Azərbaycanla Ermənistan arasındakı münasibətlərə müdaxilə etməyə cəhd edir”.

Politoloq hesab edir ki, Qoşulmama Hərəkatının lideri kimi ölkə Prezidentinin çıxışı Azərbaycanın təşkilatda müstəsna roluna toxunması, bölgə və xalqlar qarşısında olan çağırşlardan bəhs etməsi mühüm önəm kəsb edir:

“Eyni zamanda ölkə başçısının BMT və beynəlxalq təşkilatlarla, qlobal inistutların konfiqurasiyası ilə bağlı vəziyyətə toxunması olduqca vacib idi. Bu ölkələrin xarici işlər nazirləri tərəfindən çox böyük rəğbətlə qarşılanıb. Çünki onların özləri bəzi ölkələrin neokalarizm siyasətindən beziblər. Bəzi ölkələrin müxtəlif beynəlxalq təşkilatlardakı monopoliya və ikili standartlara əsaslanan siyasətindən əziyyət çəkir. Bu aspektdən də Bakı görüşü müstəsna əhəmiyyət kəsb edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər