Bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, toplantıda iştirak edən nazirlər müzakirələrə qatılacaqlar.
Bundan əlavə, görüşdə Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.