6 İyul 2023 15:43
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakı və İrəvana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O söyləyib ki, bu səfər tərəflər arasında mövqelərin yaxınlaşmasına kömək edəcək.

Səfərin dəqiq tarixi açıqlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər