22 İyul 2023 23:55
3 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 24-də Pakistan və Azərbaycan mayeləşdirilmiş təbii qazla (LNG) bağlı tarixi saziş imzalayacaqlar.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin neft üzrə dövlət naziri Musadik Malik Kəraçidə deyib.

Musadiq Malik bildirib ki, Pakistan hər ay Azərbaycandan maye qaz alacaq. Nazir Azərbaycandan 12 tanker maye qaz alınacağını da əlavə edib.

Pakistanın neft üzrə dövlət naziri daha əvvəl qeyd edib ki, Azərbaycanla müqavilə qışda ölkəsinin qaz çatışmazlığına son qoymağa yardımçı olacaq. “Azərbaycanla müqavilə ölkəmizin qışda qaz çatışmazlığına son qoymağa kömək edəcək”, - nazir vurğulayıb


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər