25 İyul 2023 23:03
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Misirin milli bayramına həsr olunmuş rəsmi qəbul keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Hişam Mohamed Naqi Abdel Hamid çıxış edərək bildirib ki, 23 İyul tarixi misirlilərin qəlbində xüsusi bir yer tutur:

"23 iyul 1952-ci il inqilabı təkcə Misirdə deyil, bütün ərəb dünyasında və onun hüdudlarından kənarda mühüm dəyişikliklərə səbəb olub. Ölkə daxilində vətənpərvərlik hisslərini aşılayıb və misirlilərə torpaq sahibi olmağa, pulsuz təhsil və səhiyyə xidmətlərindən istifadə etməyə imkan verib, sürətli sənayeləşməni və sosial-iqtisadi inkişafı təşviq edən islahatlar həyata keçirilib".

Səfir qeyd edib ki, Misir və Azərbaycanı çoxillik dostluq münasibətləri, xalqlarımızı isə qarşılıqlı hörmət və oxşarlıq birləşdirir:

"Misir 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Keçən il biz hökümətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu ilin əvvəlində Prezident Əbdülfəttah Əl-Sisinin Bakıya səfəri ikitərəfli münasibətlərimizin inkişafında mühüm mərhələ oldu. İkitərəfli münasibətlərdə daha da artan irəliləyişlərin şahidi olduq. Azərbaycan iqtisadi tərəqqi, sosial sabitlik, qlobal sülh və təhlükəsizliyə nail olmaq öhdəliyimizi bölüşür. Biz daxili şərtlərimizə uyğun olaraq iqtisadi inkişafa və sosial tərəqqiyə nail olmaq üçün bir-birimizin səylərini qətiyyətlə dəstəkləyirik. Ümidvaram ki, Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər bundan sonra da inkişaf edəcək və çiçəklənəcək", - səfir əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər