4 Avqust 2023 11:12
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə ABŞ-dan olan jurnalistləri regiondakı vəziyyət barədə məlumatlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, tvitterdə paylaşım edib.

XİN rəsmisi ABŞ-dan olan bir qrup jurnalist və media nümayəndələri, o cümlədən BMT Müxbirlər Assosiasiyasının, BMT-nin akkreditə olunmuş üzvləri ilə Bakıda görüşməkdən şad olduğunu bildirib.

“Biz regionumuzda və onun ətrafında mövcud vəziyyətlə bağlı interaktiv müzakirələr apardıq”, - A.Hacızadə əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər