Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı hakan Fidanı medalla təltif edilməsi münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın baş diplomatı Feysbukda bildirib :
"Dostum və qardaşım HakanFidanı “Dövlətdə üstün xidmət medalı” ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Ali rəhbərlik tərəfindən qoyulmuş məqsədlərə çatmaq üçün qardaş Türkiyənin xarici işlər nazirinə daim müvəffəqiyyət arzulayıram!"