17 Avqust 2023 17:54
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 17-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya səfirliyində olub və Azərbaycan hökuməti adından Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı başsağlığı kitabına ürək sözlərini yazıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova da başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər