1 Sentyabr 2023 16:35
3 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qarabağda Azərbaycanın tələblərinin icrası qaçılmazdır. Separatçıların da çoxu bunu artıq anlamağa çalışır. Çünki onların çoxu hərbi cinayətlər törədib. Çox gözəl bilirlər ki, oradakı qondarma vəzifələrində qalsalar, reinteqrasiya prosesi müstəvisində onları ömürlük bəhs cəzası gözləyir. Ona görə də, separatçılar canlarını qurtarmaq üçün tutduqları qondarma postlardan istefa verib mümkün qədər daha tez ərazini tərk etməyə çalışacaqlar.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O, Azərbaycan tərəfindən açıqlanan “artıq oyun bitdi” tezisinin real müstəviyə keçdiyini vurğulayıb:

“Ona görə də, separatçılar artıq bölgəni tərk edəcəklər. Helikopterlərlə onların buradan qaçması gözlənilir. Hələlik Ermənistanda özlərinə sığınacaq seçsələr də, oradan da qaçacaqlar. Çox güman ki, separatçıların çoxu Rusiyada özünə yer seçəcək. Qanunsuz yollarla varidat toplayan separatçılar Rusiyada özləri gəlir yerləri yaradıblar”.

Politoloq hesab edir ki, Qarabağda separatizmin kökü kəsilir:

“Sadəcə olaraq bir az səbrli olmaq lazımdır. Azərbaycanın da haqqı var ki, bölgədə antiterror əməliyyatlarını icra etsin. Əslində, indiki reallıqda buna ehtiyac yoxdur. Əlavə səs-küy yarana bilər. Amma savaş potensialı təhlükə kimi qalmalıdır. Əsasən sülh potensialından istifadə edilməlidir. Fakt odur ki, Azərbaycanın bölgəyə un göndərməsi beynəlxalq rəydə dönüş yaratdı. Bununla yanaşı daha bir neçə addım atmaq olar”.

Zərdüşt Əlizadəyə görə, indi vaxt bölgəyə tam nəzarətlə bağlı Azərbaycanın xeyrinə işləyir:

“Qüvvə və imkan Azərbaycanın tərəfindədir. Ona görə də, prosesdə heç bir tələskənliyə yol vermədən məsələlərin bizim xeyrimizə bitməsini gözləməliyik. Çünki reallıq bunu ehtiva edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər