Avropa İttifaqı Ermənistanla Azərbaycan arasındakı sərhəddə bir neçə hərbçinin həlak olması və yaralanması ilə nəticələnən son silahlı toqquşmalardan təəssüflənir.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano bildirib.
Onun sözlərinə görə, Aİ bütün tərəfləri növbəti zorakılıqdan qaçmağa və dialoqa dair öhdəlikləri yerinə yetirməyə çağırır.