İran, Azərbaycan və Türkiyə üçlü formatının yenidən başlanması təklifi üzrə yekdil Türkiyə ilə yekdil rəyə sahibik.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün (3 sentyabr) Tehranda Türkiyə xarici işlər naziri Hakan Fidanla mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran türkiyəli həmkarının Qafqazda sülh və stabilliyin bərpa olunması və güclü əməkdaşlıq məqsədilə İran, Azərbaycan və Türkiyə üçlü formatının yenidən başlanması təklifi üzrə Türkiyə ilə yekdil fikrə sahibdir və bu istiqamətdə müştərək addımlar atılacaq.