“Həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmamalıdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasındakı çıxışında Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Almaniyalı nazir Azərbaycan və Ermənistanı Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırıb:
“Bu münaqişə 30 ildən çox əvvəl başlayandan bəri çoxsaylı insan tələfatı ilə nəticələnib. Bizə, region xalqlarına lazım olan Ermənistanla Azərbaycan arasında davamlı sülhdür”.