27 Sentyabr 2023 14:36
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım 27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Bu gün Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başladığı gündür. Bu şanlı mübarizənin ildönümü - Anım Günündə bütün şəhidlərimizi rəhmətlə anıram”, - paylaşımda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər