Misir və İsrail sərhədindəki keçid məntəqəsindən nəqliyyatın hərəkəti dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı mənbələrə istinadən məlumat yayıb.
"Əl-Auja keçid məntəqəsi vasitəsilə Misir və İsrail arasında nəqliyyatın hərəkəti dayandırılıb", - telekanalın mənbəsi qeyd edib.
Hələlik bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.