12 Oktyabr 2023 19:06
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 sentyabr 2023-cü ildə Ermənistanın 30 illik qanunsuz hərbi işğalından sonra Azərbaycan, nəhayət, öz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etdi.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

"Ermənistanın sentyabrın 19-dan bəri Azərbaycana qarşı əsassız ittihamları Qarabağda baş verənləri əks etdirmir. Daha da vacibi, onlar Azərbaycanın Qarabağa girişinə icazə verdiyi iki BMT missiyasının müşahidələrini və tapıntılarını əks etdirmir", - o qeyd edib.

XİN rəhbərinin müavini əlavə edib ki, 30 ildən çox bir müddətdə regionda ilk dəfə beynəlxalq missiya olub:

"Onlar müstəqil beynəlxalq medianın orada olan və oranı görən üzvlərinin xəbərlərini əks etdirmir. Azərbaycan Qarabağın mülki əhalisinə qarşı heç vaxt etnik təmizləmə və ya hər hansı bir hücum həyata keçirməyib və keçirməyəcək. Azərbaycan sentyabrın 19-dan sonra ciddi təminatlar verib".

Qeyd edək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər