14 Oktyabr 2023 21:08
19 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan prezidentinin Şimali Kiprə gerçəkləşdirəcəyi səfər tarixi hadisəyə çevriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan və Şimali Kipr arasındakı son gəlişmələrə diqqət çəkib:

“Azərbaycan Prezidenti İlham Əliyev Bakıda görüşdüyü Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarın “tək millət, üç dövlət” sözlərinə dəstək verib. Bu ifadənin çəkisi böyükdür.

Şimali Kipr Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır. Keçmiş illərdə də iki dövlət arasında oxşar təşəbbüslər olub, ancaq rəsmi Bakı Qarabağdakı separatizmə görə Kipr istiqamətində addımlar ata bilməyib. Azərbaycan separatizmdən qurtulduğuna görə Kiprlə əməkdaşlığı genişləndirmək imkanına malikdir. Ərsin Tatarın Azərbaycana səfərinin gündəminin əsas mövzularından biri olmasıyla yanaşı, İlham Əliyevlə görüşüb geniş fikir mübadiləsi aparması da tarixi hadisədir.

İlham Əliyevin ölkə kənarındakı müxtəlif tədbirlərdə Ərsin Tatarla ayaqüstü söhbətləri olmuşdu, amma Şimali Kipr prezidentinin Azərbaycana dəvət olunmasının əhəmiyyəti daha böyükdür. Bunun ardı gələcək.

Ərsin Tatar İlham Əliyevi Şimali Kiprə dəvət edib. Azərbaycan prezidentinin Şimali Kiprə gerçəkləşdirəcəyi səfər də tarixi hadisəyə çevriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər