28 Oktyabr 2023 09:49
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir".

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" hesabında yazıb.

O qeyd edib ki, HƏMAS bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək.

Səfir hazırda HƏMAS-ın iki məqsədi olduğunu vurğulayıb: "Birinci məqsəd bütün yəhudiləri və israilliləri öldürmək, ikinci məqsəd isə nəyin bahasına olursa-olsun, sağ qalmaqdan ibarətdir".

Corc Dik İsrailin də məqsədindən söz açıb: "İsrailin məqsədi heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əmin olmaqdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər